Boris Nemtsovun qətli ilə bağlı daha iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

İnquşetiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Albert Baraxoyevin sözlərinə görə, Anzor Qubaşev və Zaur Dadayevdən başqa iki nəfər də şübhəli şəxs qismidə saxlanılıb.

Baraxoyevin dediyinə görə, saxlanılan şəxslərdən biri böyük ehtimalla Nemtsovun qətli zamanı Dadayev ilə birlikdə maşında idi. Baraxoyev həmçinin Anzor Qubaşevin kiçik qardaşının saxlanılması faktını təsdiq edib. Verilən məlumata görə, Qubaşevin qardaşı son zamanlar KamAZ sürücüsü işləyirdi.

Saxlanılanların adları açıqlanmayıb.
Mənbə
Trend