“Bakı-2015”də samboçular arasındakı yarışlarda İspaniyanı təmsil edəcək idmançılar məlum olub
Bakı, 7 mart, AZƏRTAC
“Bakı-2015”də samboçular arasındakı yarışlarda İspaniyanı təmsil edəcək idmançılar məlum olub.
Luis Menendez və Yaiza Ximenez sambo üzrə İspaniyanın çempionu olublar. L.Menendez Madriddə keçirilmiş final görüşündə 74 kq çəki kateqoriyasında həmyerlisi Viktor Karavakanı məğlub edərək həm özünün İspaniya çempionu titulunu qoruya bilib, həm də “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.
“Baku-2015”dən AZƏRTAC-a bildiriblər ki, Avropa Oyunlarında kişi samboçular arasındakı yarışlarda İspaniyanı L.Menendez təmsil edəcək. Bakıdakı oyunlarda kişilər arasında ən çox samboçu 74 kq çəki kateqoriyasında yarışacaq. Bu kateqoriya üzrə yarışlarda “Bakı-2015”də Fransa, İrlandiya, İtaliya, Latviya, Polşa, Sloveniya və Türkiyədən bir samboçu iştirak edəcək.
“Bakı-2015” Avropa Oyunlarında iştirak etmək hüququ qazanan digər ispaniyalı qadın samboçu Yaiza Ximenez olub. O, Madriddə qadınlar arasında 60 kq çəkidə tam üstünlüklə çempion adına sahib olub. Y. Ximenez həm də keçən il Avropa çempionatında iştirak edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47