Xırdalan şəhərində fəhlə faciəli şəkildə ölüb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 6-da Xırdalan şəhərində qeydə alınıb.

Şəhər ərazisində yerləşən “Euroscon” ASC-nin emalatxanasında baş verən qəza zamanı bir nəfər dünyasını dəyişib.

Orada işləyən Mail Qasımovun üstünə çuqundan olan qəlib düşüb.

Fəhlə aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS