Kiyev, 7 mart, AZƏRTAC
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın baş katibi Valeri Çeçelaşvili Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər nazirinin müavini, GUAM-ın Gürcüstan üzrə milli əlaqələndiricisi David Calaqaniya ilə görüşüb. Bu barədə AZƏRTAC-a qurumun Kiyevdəki qərargahından məlumat veriblər.
Görüşdə tərəflər GUAM-ın fəaliyyəti ilə bağlı bir sıra məsələləri, o cümlədən GUAM və GUAM+ formatlarında layihələrin və əməkdaşlıq proqramlarının implementasiyası məsələlərini müzakirə ediblər.
Zeynal Ağazadə
AZƏRTAC–ın xüsusi müxbiri
Kiyev