Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) xaricdə həyata keçirdiyi layihələr üçün avrobondlar buraxacaq. Həmin avrobondların həcmi gələn həftə elan olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.