Azərbaycan qadını hər zaman olduğu kimi, müasir dövrdə də ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır
Ağstafa, 7 mart, AZƏRTAC
Ağstafa şəhərində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev tədbiri açaraq, qadınları bayram münasibətilə təbrik edib.
Qeyd olunub ki, Azərbaycan qadını hər zaman olduğu kimi, müasir dövrdə də ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. O cümlədən Ağstafada da rayonun ictimai-siyasi həyatında qadınlar böyük və mühüm rola malikdirlər.
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi, ictimai-mədəni həyatında, beynəlxalq aləmdə qazanılan uğurlardan danışılıb, bütün bu nailiyyətlərdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında qadınların da fədakar rolundan bəhs olunub.
Diqqətə çatdırılıb ki, Ağstafa rayonunda əhalinin 50,9 faizini qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlar öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Son bir neçə ildə rayonun təkcə təhsil müəssisələrində çalışan qadınlarından 3 nəfər Əməkdar Müəllim adına, 4 nəfər “Tərəqqi” medalına layiq görülüb.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47