[ 07 Mart 2015 06:30 ]



Bakı-APA. ABŞ-ın “Delta Airlines” aviaşirkətinə məxsus Airbus 320 təyyarəsi Nikaraquanın paytaxtı Manaquada təcili eniş edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən xəbərinə görə, Manaqua- Atlanta (ABŞ) reysi ilə uçan təyyarənin göyərtəsində 124 sərnişin və 6 ekipaj üzvü olub.

 

Məlumata əsasən, hava limanından qalxdıqdan sonra təyyarənin şassi hissəsində nasazlıq yaranıb. İnsident zamanı xəsarət alanların olmadığı bildirilir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.