[ 07 Mart 2015 03:30 ]



Bakı-APA. İraq hökumət qoşunları “İŞİD” terrorçu qruplaşmasının nəzarəti altında olan Tikrit şəhərinə yaxınlaşır.

 

APA-nın BBC-yə istinadən məlumatına görə, artıq İraq hərbçiləri Tikritdən 10 km cənubda yerləşən əl-Dur şəhərinə daxil olublar.

 

Qeyd olunur ki, yollar boyunca “İŞİD”in qara bayraqlarını İraq bayraqları əvəz edir. Küçələrdə dinc sakinlər gözə dəymir, hərbçilər silahlıları təqib etməkdə davam edir.