Kopenhagen universitetinin 21 yaşlı tələbəsi Nikita Klaestrup danimarka siyasi təşkilatının 110 illik yubileyinə açıq-saçıq paltarda gəlməklə qalmaqala səbəb olub.

ANS PRESS-in məlumatına görə, Nikita bu siyasi təşkilatın yerli bölməsinin rəhbəridir.

Siyasi təşkilat "Gənc mühafizəkarlar" (Konservativ Ungdom) adlanır.

Nikita geyiminə görə qətiyyən utanmayaraq öz seçimini gözəl görünməklə izah edib.

Bundan başqa, o ümumiyyətlə şəkil çəkdirməyi sevdiyini və siyasi fəaliyyətinə görə heçnədən çəkinmədiyini qeyd edib.





Mənbə
ANS PRESS