Azərbaycan, Bakı, 6 mart /Trend/

Dünyada 2,4 milyarddan çox insanın dişləri çürükdür və müalicə olunmalıdır.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, bu qənaətə London Universitetinin alimləri müvafiq araşdırmalardan sonra gəliblər.

Ağzında çürük dişləri olan insanların həkimə getməməsi də araşdırmanın maraqlı tərəfidir. O da məlum olub ki, 621 milyon uşağın süd dişi çürükdür və onlar da müalicə almırlar.

Elm adamlarının fikrincə, müalicə edilməyən çürük dişlər infeksiyaya və başqa ağız-diş problemlərinə səbəb ola bilər. Digər tərəfdən, çürük diş uşaqlarda böyümə prosesini ləngidə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az