Paris, 6 mart, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının siyasi məsələlər komitəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi britaniyalı deputat Robert Valter münaqişə ilə bağlı məruzəsinə dair məlumat toplamaq məqsədilə martın 12-13-də ölkəmizdə səfərdə olacaq.
Səfər çərçivəsində məruzəçinin ölkəmizdə bir sıra görüşlər keçirməsi nəzərdə tutulur. Onun qaçqın və məcburi köçkünlərlə də görüşü planlaşdırılır.
Əsgər Əliyev
AzərTAC-ın xüsusi müxbiri
Paris