Avropadan erməniləri üzəcək xəbər
Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Avropa Komissiyası Benilüks Azərbaycanılılar Konqresinin (BAK) Xocalı soyqırımı ilə əlaqədar müraciətinə cavab verib. Qurumdan diaspor təşkilatına ünvanlanmış rəsmi məktubda Avropa Komissiyasında BAK-ın 13.02.2015-ci il tarixli müraciətinə baxılacağı bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, Avropa Komissiyasının prezidenti Yan Klod Yunker Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi xanım Federika Moqereniyə BAK-ın Avropa institutlarına ünvanlanmış müraciətinə baxılmasını tövsiyə edib.
Xatırladaq ki, Benilüks Azərbaycanlılar Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa institutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanmış bəyannamə qəbul etmişdi. Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilmiş kütləvi qırğınla bağlı faktlar Avropa parlamentarilərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. BAK dünya ictimaiyyətinə müraciət edərək insanlığa qarşı törədilmiş Xocalı soyqırımını tanımağı və günahkarların cəzalandırılmasını tələb edib.
Müraciətdə, həmçinin Avropanın beynəlxalq təşkilatları və parlamentariləri öz nüfuzundan istifadə edərək bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının öz torpağına təhlükəsiz qayıtmasını təmin etməyə çağırılıb.
Bəyannamə Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının prezidentlərinə, Birləşmiş Millətlər Təşkilatına, Niderland, Belçika, Lüksemburq parlamentlərinə və bir sıra beynəlxalq təşkilatlara göndərilib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47