Batumidə Azərbaycanın Türkiyə və Gürcüstan ilə iqtisadi əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Batumi, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Batumidə keçirilən Gürcüstan-Türkiyə-Azərbaycan dördüncü biznes forumu çərçivəsində Gürcüstanın və Türkiyənin iqtisadiyyat nazirləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Şahin Mustafayevin gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, nəqliyyat, energetika, turizm, İKT, kənd təsərrüfatı, investisiya sahələrində əməkdaşlıq, Azərbaycanda yaradılan sənaye parklarında Gürcüstan şirkətlərinin iştirakı və digər məsələlərə dair müzakirələr aparılıb.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci arasında keçirilən görüşdə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli formatda biznes forumların və görüşlərin strateji əməkdaşlığın, mehriban qonşuluq və qardaşlığın göstəricisi olduğu vurğulanıb. Görüşdə aqroparkların yaradılması sahəsində əməkdaşlıq, ixracın təşviqi mexanizmləri və sənaye məhəllələrinin yaradılması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi, Azərbaycanda yaradılmaqda olan sənaye parklarına türkiyəli investorların cəlb edilməsi, üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması imkanları, iki ölkə arasında və regional miqyasda ikitərəfli və tranzit yükdaşımalarının genişləndirilməsi, tekstil, turizm, maliyyə və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Sonra isə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci arasında görüş keçirilib.
Görüşdə Gürcüstan-Türkiyə iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47