Ana südünün zülalından xərçəng xəstəliyi əleyhinə preparat hazırlanıb.
Milli.Az bildirir ki, Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, preparatı Rusiya Bioloji Kimya və Fundamental Tibb İnstitutunun alimləri hazırlayıblar.
Preparat 2015-ci ilin dekabrından insanlar üzərində sınaqdan keçiriləcək.
Alimlər klinik təcrübələrə təqribən beş il vaxt sərf edəcəklər. Bu məqsədlər üçün əsas vəsaitlərin özəl şirkətlərdən əldə edilməsi gözlənilir.
Milli.Az
Milli.Az