Türkiyə ədliyyə naziri istefa verib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, AKP hakimiyyətində ciddi dəyişikliklər gözlənilsə də hələlik tək bir nazir - Bəkir Bozdağ istefaya gedib. Mətbuatın yazdığına görə, daxili işlər naziri Əfqan Ala, nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan da isrefa verməli idi.

Yayılan xəbərlərdə deyilir ki, Bəkir Bozdağın yerinə Kənan İpək, daxili işlər naziri Səbahəddin Öztürk, nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri isə Firudin Bilgin təyin olunacaq.

Nazirlərin kütləvi istefası AKP hakimiyyətinin iyunun 7-də keçiriləcək parlament seçkilərinə hazırlıq kimi qiymətləndirilir.
Mənbə
ANS PRESS