Azərbaycan, Bakı, 6 mart /Trend, müxbvir Rufiz Hafizoğlu/

"Çanaqqala savaşı ilə əlaqəsi olan ölkələrin hamısına dəvətnamə göndərmişik. Biz bu tarixi hadisənin tanınması üçün ev sahibliyi etməyə hazırıq". Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun bu gün keçirilən tədbirdə deyib.

Səfir bildirib: “Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik. Bununla bağlı Ermənistanla yazışma içərisində deyilik. Bu tədbirlərlə dünyaya çox böyük sülh mesajları vermək istəyirik. Hazırda bu mesajların verilməsini çox vacib hesab edirik”.

Rusiyanın Çanaqqala savaşının 100-cü ildönümü ilə bağlı tədbirlərə qatılacağı barədə məlumatlara münasibət bildirən səfir bunları deyib: “Rusiya kimi çox yaxşı münasibətlər qurduğumuz bir ölkənin də bu tədbirdə ən yüksək şəkildə iştirak etməsini çox məmnunla qarşılaya bilərik”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az