“Bakcell” şirkəti ilk dəfə olaraq azərbaycanlı bloqerin Dünya Mobil Konqresində iştirakını təmin edib
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin əməkdaşları martın 2-dən 5 –dək İspaniyanın Barselona şəhərində keçirilən Dünya Mobil Konqresində (Mobile World Congress) iştirak edərək bir çox maraqlı müzakirələrə qatılıb və görüşlər keçiriblər.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, dünya telekommunikasiya bazarının ən nəhəng iştirakçılarının təmsil olunduğu bu nüfuzlu beynəlxalq tədbirdə ən son mobil texnologiyalar nümayiş etdirilib, telekommunikasiya sahəsindəki innovasiyalar, gələcək planlar müzakirə olunub.
“Bakcell” şirkəti hər il müxtəlif ölkələrdə təşkil olunan yüksək səviyyəli telekommunikasiya tədbirlərində iştirak edir. Barselonada keçirilən bu tədbir dünya mobil rabitə bazarı iştirakçıları üçün çox əhəmiyyətlidir. Hər il olduğu kimi çox maraqlı və məşğul bir həftə keçdi. Yeni texnologiyalar, yeni mobil cihazlar, bizim yaxın vaxtlarda kommersiya istifadəsinə verməyə hazırlaşdığımız 4G, ondan sonrakı mərhələ olan 5G. Bir sözlə, yeni bir çox şeylər. Telekommunikasiya sənayesi üçün çox maraqlı bir həftə idi ”,- deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.
Konqres çərçivəsində keçirilən “İnnovasiyaların Operatorlara Satılması” (“Selling Innovations to Operators”) sessiyasında “Bakcell”in korportaiv strategiya departamentinin rəhbəri Mark Zırka da iştirak edib. Burada startap üçün ən yaxşı strategiyalar, innovasiyalar, dünyadakı mobil operatorlar üçün strategiya və təchizat məsələləri, onlayn platformaların telekommunikasiya sənayesində yeri və s. məsələlər müzakirə olunub.
Mark Zirka “Bakcell”in Azərbaycanda startap mühitinin inkişafına dəstəyindən, eyni zamanda ölkədə yeni mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab layihəsi haqqında da danışıb.
“Bu tədbir bizə dünyadakı müxtəlif startapların ehtiyaclarını daha yaxşı başa düşməyə imkan yaratdı. Biz eyni zamanda burada öz mesajlarımızı da çatdıra və “Bakcell”in startapların inkişafı üçün qitələrarası səviyyədə tanınan və dəstəklənən bir ekosistem təmin etdiyini göstərə bildik”,- deyə Mark Zırka bildirib.
“Bakcell” şirkəti ilk dəfə olaraq azərbaycanlı bloqerin Dünya Mobil Konqresində iştirakını təmin edib və Barselonada nümayiş olunan ən son yeniliklər, mobil cihazlar və keçirilən tədbirlər barədə video xəbərləri özünün rəsmi Facebook səhifəsində yerləşdirib. Beləliklə, mobil texnologiyalar sahəsindəki ən son yeniliklər qısa bir müddət ərzində Azərbaycan dilli İnternet istifadəçilərinə təqdim olunub.
Ətraflı məlumatı “Bakcell”in facebook səhifəsindən https://www.facebook.com/Bakcell əldə etmək olar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47