Bakı, 6 mart, AZƏRTAC
“Expressbank” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə az təminatlı xanım müştərilərinin faiz borclarını silib.
Bankdan AZƏRTAC-a bildiriblər kİ, kredit öhdəliyini yerinə yetirə bilməyən, uzun müddətdir ki, aylıq ödənişini vaxtında edə bilməyən xanımların faiz borcları bank tərəfindən silinib.
“Bu layihə çərçivəsində az təminatlı, yaxınını itirmiş, xəstə ailə üzvü olan və daha çox maliyyə sıxıntısı keçirən bir sıra xanım müştərilərin faiz borclarını sildik. Məhz belə layihələr həyata keçirməklə ehtiyacı olan ailələrə kömək etmiş oluruq. Fürsətdən istifadə edərək, qarşıdan gələn 8 mart bayramı münasibətilə Expressbank adından xanımları təbrik edirik, onlara firavan həyat və sevincli günlər arzulayırıq”,– deyə “Expressbank”ın idarə heyətinin sədri Emin Məmmədov bildirib.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.