ABŞ dövlət katibi Con Kerri İranın nüvə proqramı ilə bağlı Tehranla aparılan danışıqlar barədə məlumat vermək məqsədi ilə Səudiyyə Ərəbistanında Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri ilə görüşüb.Dövlət katibi İranın nüvə proqramını müzakirə edib
Anspress-in məlumatına görə, şuraya Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
C.Kerri bundan əvvəl Cenevrədə İranın xarici işlər naziri Mohammad Cavad Zariflə üçgünlük danışıqlar aparıb. Söhbət zamanı İranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müzakirə olunub.
Xatırladaq ki, tərəflər bu il iyunun sonunadək yekun razılaşma əldə etməyi düşünürlər.
Milli.Az