Bakı, 6 mart, P.İmanova, T.Agayeva, AZƏRTAC
Martın 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) memarlıq fakültəsinin tədris binasının əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMİU-nun rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova və digər çıxış edənlər ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən islahatlardan, dövlət proqramlarından söz açıblar.
Natiqlər milli təhsilimizin inkişafında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında 2013-cü il 24 oktyabr tarixli Sərəncamının əhəmiyyətini xüsusilə vurğulayıblar.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyi, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.
Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar AMİU-nun tədris binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.