"Çelsi"nin baş məşqçisi Joze Mourinyo futbolçusu Nemanya Matiçin zədələnməsinin səbəbini açıqlayıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis serbiyalı futbolçunun Liqa Kubokunun zəfərini bayram edərkən zədələndiyini bildirib:
 
"Matiç "Tottenhem"lə kubok matçından sonra qələbəni bayram edərkən zədələnib. Şənbə, bazar günləri məşqlərə başlayacaq. Ümid edirəm ki, PSJ ilə oyunda meydana çıxa biləcək".

Qeyd edək ki, İngiltərə Liqa Kubokunun finalında "Tottenhem"ə 2:0 hesabı ilə qalib gələn "Çelsi" fəxri mükafata sahib çıxıb.

Milli.Az