[ 06 Mart 2015 01:42 ]
Bakı-APA. “Altılıq” ölkələri və İran arasında Tehranın nüvə proqramına dair danışıqlarda böyük irəliləyiş əldə olunub.
APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbərinin müavini Abbas Əraqçı bildirib.
O qeyd edib ki, buna baxmayaraq, məsələ ilə bağlı fikir ayrılığı hələ qalmaqdadır.
Bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad nüvə proqramı ilə bağlı danışıqların yekunlaşmaq üzrə olduğunu bildirmişdi.