Bakı, 5 mart, AZƏRTAC
Murmanskda yüngül atletika üzrə vilayət birinciliyi başa çatıb.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əliheseyn Şükürov AZƏRTAC-a bildirib ki, 400 metr məsafəyə qaçış yarışında həmvətənimiz Emil Babakişiyev qalib gəlib.