Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Sumqayıtda əcnəbi tələbələrlə görüşüblər
Sumqayıt, 5 mart, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) təhsil alan əcnəbi tələbələrlə Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının növbəti görüşü keçirilib.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi, miqrasiya xidmətinin müşaviri İsmayıl Abdullayev görüşdə miqrasiya sahəsində mövcud qanunvericiliyin əsas tələbləri, tələbələrin təhsil alması ilə bağlı qaydalar haqqında məlumat verib.
İ.Abdullayev qeyd edib ki, miqrantlar yaşadıqları ölkələrin qanunlarını, adət-ənənələrini, milli mentalitetini öyrənməli və buna əməl etməlidirlər. Azərbaycanda 10 gündən artıq yaşamaq istəyən əcnəbi ölkəyə gəldiyi gündən olduğu yer üzrə qeydiyyata alınmalıdır.
Görüşdə vurğulanıb ki, tələbələrə dövlət rüsumunda da xeyli güzəşt edilir. Əmək Məcəlləsində nəzərdə tutulan və digər qanunlara görə, vətəndaşlığı olmayan şəxslər təhsil müddətində əmək fəaliyyəti ilə məşğul ola bilməz. İ.Abdullayev deyib: “Xarici ölkə vətəndaşı respublikamıza hansı məqsədlə gəlibsə, o məqsədlə də yaşamalıdır. Bəzən əcnəbi tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün işlədiklərini deyirlər, amma bu, qanunlarımıza uyğun deyil. Daha doğrusu, qanunlarımız buna yol vermir. Buna baxmayaraq, belə hallar aşkarlanarsa, əcnəbi tələbəni işə götürən hüquqi şəxs 30000-35000, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər isə 3000-5000 manat məbləğində cərimə oluna bilər. Yaşayış yeri, qeydiyyatla bağlı qanunun tələblərini pozan əcnəbilərin özləri isə 300-400 manat məbləğində cərimə ödəməlidirlər. Əgər son 3 il ərzində qanun pozuntuları 2 dəfə təkrarlanarsa, həmin şəxslər ölkədən məcburi çıxarılır, onların ölkəyə girişinə məhdudiyyət qoyulur. Hər bir əcnəbi vətəndaş ölkəmizdə yaşamaq imkanını leqallaşdırmalıdır”.
Görüşün sonunda idarə rəisi əcnəbi tələbələri maraqlandıran sualları cavablandırıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47