İşğal altındakı ərazilərimizdə maddi irsin məhv edilməsi faktları dünya ictimaiyyətinə çatdırılmalıdır
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrup ilə birgə “İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, İşçi Qrupun rəhbəri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, müvafiq dövlət qurumlarının əməkdaşları, QHT rəhbərləri, dini konfessiyaların nümayəndələri, alimlər və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Mübariz Qurbanlı işğal altında qalan abidələrimizdən danışaraq qeyd edib ki, Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətləri, işğal altındakı bütün maddi irsin məhv edilməsi faktları dünya ictimaiyyətinə çatdırılmalıdır. Bildirib ki, işğal olunmuş ərazilərimizdə çoxlu sayda həm tarixi, həm də dini abidələrimiz məhv edilib. Onların içərisində məscidlər, kitabxanalar və mədəniyyət ocaqları var. Dağıdılan abidələr içərisində təkcə müsəlman abidələri deyil, eyni zamanda, xristian alban məbədləri də var.
Xanhüseyn Kazımlı konfransda əsas məruzə ilə çıxış edərək bildirib ki, erməni vandalizminin geniş vüsət aldığı indiki şəraitdə işğal altındakı ərazilərdə tarixi mədəni irsin tədqiqi, habelə onların Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən dəyərləndirilməsi zəruridir. Qeyd edib ki, memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri olub. Ermənilərin bütün bu vandallıqları, Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinə dəyən zərər beynəlxalq standartlara uyğun qiymətləndirilməlidir. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bu kimi vəzifələrin həllinə nail olmaq üçün Avrasiya Qiymətləndiricilər Assosiasiyası qarşısında hələ 2014-cü ildə münaqişə, müharibə və tələfatlara görə itkilərin hesablanması üzrə beynəlxalq standartların qəbul edilməsi barədə məsələ qaldırılıb. Azərbaycan nümayəndə heyətinin həmin beynəlxalq qurumun üzvü olaraq qaldırdığı məsələ hələ bir il bundan əvvəl qəbul olunub və qeyd edilən standartın layihəsinin hazırlanması Azərbaycan tərəfinə həvalə olunub.
Bildirilib ki, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı 901, dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500, beynəlxalq əhəmiyyətli abidələrin sayı 13, qəbiristanlıqların sayı 900-dür.
Tarix və Mədəniyyət Abidələri üzrə İctimai Birliyin sədri, itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun üzvü Faiq İsmayılov, Mak Consultancy Baku LTD-nin baş direktoru, itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun üzvü Zamin Hüseynov, “MBA LTD” qiymətləndirmə şirkətinin prezidenti, Sosial-İqtisadi və Ekoloji İnkişaf Birliyinin sədri Rahilə Mehdiyeva çıxış edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılmış, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirələrin və diskussiyaların aparılmasının, bu barədə cəmiyyətin və beynəlxalq qurumların məlumatlandırılmasının zəruriliyini vurğulayıblar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35