Daşkəsənli gənclər dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdirirlər
Daşkəsən, 5 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sıraları ildən-ilə artır. Hazırda birlik öz ətrafında 550 nəfər gənci birləşdirib ki, bu gənclər də rayon iqtisadiyyatının inkişafında böyük fəallıq nümayiş etdirirlər.
AZƏRTAC xəbər verir ki, bu sözlər YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin IV konfransında səsləndirilib.
Rayonunun Xoşbulaq kəndindəki Gənclərin Təlim və İstirahət Mərkəzində keçirilən konfransda hesabat məruzəsi ilə çıxış edən birliyin sədr müavini Vüqar Məmmədov deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək uğurla davam etdirilən gənclər siyasəti bu gün öz bəhrəsini verir. Gənclərimiz bütün sahələrdə dövlətçiliyimizi müdafiə edir, vətənpərvərlik mövqelərini ortaya qoyaraq, dövlətimizin başçısının həyata keçirdiyi siyasətə dəstək verirlər.
Konfransda daşkəsənli gənclərin rayonun ictimai-siyasi, eləcə də iqtisadi həyatında göstərdikləri fəallıqdan söhbət açılaraq bildirilib ki, son illər rayonun siması başdan-başa dəyişib. İndi dağlar qoynunda yerləşən Daşkəsən ölkəmizin ən sürətli inkişaf edən rayonları sırasına çıxıb ki, bu işdə də gənclərin əvəzsiz xidmətləri var.
Konfransda Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP mərkəzi aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP rayon təşkilatının sədri Meydanəli Yolçuyev, rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Namiq Süleymanov çıxış edərək, gəncləri bundan sonra da ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işlərində fəal olmağa çağırıblar.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvləri, sədri və respublika konfransına nümayəndələr seçilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47