[ 05 Mart 2015 17:33 ]
Tərəflər enerji sahəsində müzakirələr aparacaq
Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın energetika naziri Natiq Əliyev martın 9-da Brüsselə rəsmi səfər edəcək.
"APA-Economics"in məlumatına görə, səfər çərçivəsində nazir Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç ilə görüşəcək.
Tərəflərin enerji sahəsində fikir mübadiləsi aparacağı gözlənilir.