“IBM” şirkəti Azərbaycan bazarında iştirakının üçrəqəmli artımını proqnozlaşdırıb
Şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri İlya Kravsovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, şirkətin yerli bazarda fəaliyyəti əsasən korporativ seqmenti əhatə edəcək.
“Bizim əsas hədəfimiz dövlət qurumları, bank və maliyyə sektorudur. Yaxın illər ərzində biz Azərbaycan bazarında iştirakımızı dəfələrlə artırmaq niyyətindəyik və deyə bilərəm ki, bu artım hətta üçrəqəmli ola bilər”, - deyə o qeyd edib.
İ. Kravsovun sözlərinə əsasən, “IBM” Azərbaycan bazarında 2000-ci ildən etibarən iştirak edir və bu müddət ərzində yerli tərəfdaşları sayəsində şirkətin müştərilərinin sayı yetərincə artıb.
“Bizim gələcək planlarımız müştərilər tərəfindən getdikcə daha çox tələbat doğuran bulud texnologiyalarının yerli bazarda inkişafına və tətbiqinə nail olmaqdır. Bizim şirkət bu yaxınlarda bulud və proqram təyinatlı mühitlərin yaradılması texnologiyalarının hazırlanmasını nəzərdə tutan 1 milyard dəyərində 5 illik layihə təqdim edib və biz əminik ki, bu yeni məhsulların yaradılması öz effektini göstərəcək. Bununla yanaşı, korporativ müştərilərin böhran dövründə tələblərini nəzərə alaraq, xərclərin optimallaşdırılmasına və biznes fəaliyyətinin effektivliyinin artırılmasına imkan verən texnologiyaları geniş çeşiddə yerli bazarda təqdim etmək niyyətindəyik. Bank sektoru üçün xüsusi biznes analitika və korporativ məlumatların saxlanılması üzrə məhsullarımızı təqdim etməyə hazırıq”,- deyə o qeyd edib.
Aynur Vəliyeva
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50