Gəncədə süni qiymət artımının qarşısını almaq məqsədilə 31 reyd keçirilib
Gəncə, 5 mart, Sabir Əliyev, AZƏRTAC
Martın 5-də Gəncədə süni qiymət artımının qarşısının alınması və istehlakçıların hüquqlarının qorunmasına həsr edilmiş yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda müxtəlif şirkət təmsilçilərinin, sahibkarların, xidmət təşkilatları nümayəndələrinin, respublikada fəaliyyət göstərən bankların Gəncə filiallarının, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə süni qiymət artımının qarşısını almaq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti yanında istehlak bazarına nəzarəti həyata keçirmək üçün yaradılmış komissiyanın gördüyü işlərə dair hesabatı dinlənilib. Qeyd edilib ki, manatın devalvasiyasından sonra şəhər icra hakimiyyətində süni qiymət artımının qarşısını almaq məqsədilə 8 monitorinq qrupu yaradılıb və qısa vaxtda 31 reyd keçirilib. Reydlər zamanı xaricdən gətirilən yağ və pendirdən, həmçinin bir neçə yuyucu tozdan başqa, digər məhsullarda süni qiymət artımı qeydə alınmayıb. Monitorinqlər zamanı komissiya üzvləri satış şəbəkələrində maarifləndirmə işləri də aparıblar.
Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə regional bölməsinin, Antiinhisar və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidmətinin Gəncə bölməsinin, şəhər gigiyena və epidemiologiya mərkəzinin, eləcə də müxtəlif şirkətlərin Gəncədə yerləşən bazalarının nümayəndələri çıxış edərək, aparılan mübarizənin əhəmiyyətindən danışıb, əhalinin ərzaq və sənaye məhsulları ilə təminatında süni qiymət artımının qarşısının alınmasının vacibliyini diqqətə çatdırıblar.
Yığıncaqda şəhər apteklərinə, həmçinin valyuta dəyişmə məntəqələrinə nəzarətin gücləndirilməsinin vacibliyi də önə çəkilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yığıncağa yekun vuraraq, bu mübarizənin bundan sonra da kəskin şəkildə davam etdiriləcəyini diqqətə çatdırıb, monitorinq qruplarının üzvlərinə ciddi tapşırıqlar verib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08