"Rusiya Xarici İşlər Nazirliyində ABŞ hərbçilərinin artıq Ukrayna ərazisində olduqları barədə məlumat var".

APA-nın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi " bu gün keçirdiyi brifinqdə bəyan edib.

"Məlumat var ki, artıq ABŞ-ın hava-desant briqadasının 173 hərbçisi Lvov vilayətinin Yavorskiy poliqonundadır. Onlar ukraynalı hərbçilərə silahla davranma qaydalarını öyrədəcəklər", - deyə A.Lukaşeviç bildirib.

Qeyd edək ki, ABŞ mart-oktyabr aylarında Ukraynaya 300 hərbçi göndərməyi planlaşdırır.

Milli.Az