Taxtakörpü qəsəbəsində 1395 nəfər laçınlı məcburi köçkün tibbi müayinədən keçib
Ağcabədi, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün vətəndaşları kimi, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərin də tibbi müayinədən keçirilməsi uğurla həyata keçirilir.
Laçın rayon icra hakimiyyəti başçısının müavini Aynurə Həsənova AZƏRTAC-a müsahibəsində bildirib ki, Taxtakörpü ərazisindəki Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində 10 min nəfərdən çox sakinin müayinə olunması nəzərdə tutulur. Bu günədək 1395 nəfər sakin müayinə edilib. Onlardan 273 nəfəri ambulator, 3 nəfəri stasionar müalicəyə cəlb olunub, 50 nəfər isə müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Poliklinikanın həkimi Vaqif Məmmədov bildirib ki, sakinlər müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunur, ehtiyac olduqda kardioqram, ultrasəs və sair müayinələrdən keçirilir. Bundan başqa, həkim briqadaları tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə də tibbi xidmət göstərilir. Xəstəlik aşkar edilən vətəndaşlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunurlar.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Müayinədən keçən rayon sakinləri Əmiraslan Məmmədov, Abdulla Abdullayev, Şamo Qasımov və başqaları vətəndaşların sağlamlıqlarının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək dəyərləndirərək, bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47