Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan "Çiçəklənən Ermənistan" partiyasını tərk etməyə qərar verib.

ANS PRESS-in məlumatına görə, V.Oskanyan partiya sıralarından çıxmaq haqqında bəyanat verib və ərizə təqdim edib.

Partiyanın parlamentdəki fraksiya üzvü Naira Zoqrabyan bildirib ki, partiya bu bəyanatı və ərizəni müzakirə etməlidir. Ancaq aydındır ki, heç kim razılaşmayacaq ki, Oskanyan partiyanı tərk etsin."

O məlumat verib ki, V.Oskanyan deputat mandatından imtina etmək barədə bəyanatlar verməyib.

Mənbə
ANS PRESS