Türkiyənin məşhur müğənnilərindən biri Seda Sayan oğlu, 23 yaşlı Oğulcan Enginin ali təhsili başa vurması ilə bağlı ona möhtəşəm hədiyyə edib.

İtaliyanın Milan şəhərindəki European Shool Of Economics-dəki təhsilini bu yay başa vuracaq Oğulcan Enginə anası İstanbulun Cihangir səmtində 12 milyon dollarlıq bina satın alıb.
 
Milli.Az Hürriyet-ə istinadən bildirir ki, binanın rekonstruksiya layihəsi memar Fırat Bozfırata həvalə olunub.
 
Binanın tam rekonstruksiya və təmiri ilə bağlı işləri isə O.Enginin atası Sinan Engin maliyyələşdirəcək.
 
Cihangir səmtində, Susam Sokak-da yerləşən ikimərtəbəli binanın təmiri 4 milyon dollara başa gələcək.
 
Oğulcan Enginin dediyinə görə, şirkətinin baş ofisi bu binada olacaq.
 
Milli.Az