Ukraynada daş kömür mədənində parlayış nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı matəm elan edilib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Ukraynada bu ölkənin Donetsk şəhərindəki Zasyadko adına daş kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olan şaxtaçıların xatirəsinə matəm elan edilib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu gün ölkənin bütün ərazisində dövlət bayraqları endiriləcək və əyləncəli proqramlar ləğv ediləcək.
Partlayış baş vermiş mədən qondarma “Donetsk Xalq Respublikası”nın nəzarət etdiyi ərazidə yerləşir. Artıq Rusiya Fövqəladə Hallar Nazirliyi ərazidə xilasetmə işlərinin aparılması üçün öz köməyini təklif edib.
Ən son məlumatlara görə, partlayış nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
Xatırladaq ki, martın 4-də səhər tezdən mədəndə metan qazının sızması nəticəsində partlayış baş verib. Həmin vaxt mədəndə 230 nəfər olub.
Zasyadko adına mədən keçmiş SSRİ məkanında daş kömür hasil edən ən təhlükəli müəssisələrdən biri kimi tanınır. Son 15 ildə burada 5 ciddi qəza qeydə alınıb. 2007-ci il noyabrın 18-də baş vermiş partlayış 101 şaxtaçının həyatına son qoymuşdu.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50