[ 05 Mart 2015 12:54 ]


Bakı – APA. Rusiya Ermənistan da daxil olmaqla, bir neçə yerdə irimiqyaslı hərbi təlimlər keçirir.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairənin yaydığı məlumatda deyilir.

 

Təlimlərdə Rusiya Hərbi-Hava Qüvvələrinin hərbi hissələri və birləşmələri iştirak edir. Təlimlər Cənub, Şimali Qafqaz və Krım federal dairələrdə yerləşən 12 hərbi poliqonda, o cümələdən Rusiyanın Ermənistan, Cənubi Osetiya və Abxaziyada yerləşən hərbi bazalarda keçirilir.

 

Təlimlərə 2 min hərbçi və 500-dək hərbi texnika cəlb olunub.