Keçmiş baş nazir arvadına 40 il xəyanət edib

 

 

Almaniyanın keçmiş baş naziri Helmut Şmidt həyat yoldaşı Lokiyə düz 40 il başqa bir qadınla xəyanət edib.

 

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, keçmiş baş nazir bu haqda bütün həyatını qələmə aldığı “Bunu da bəyan etmək istəyirəm ki...” adlı kitabında yazıb: Başqa bir qadınla münasibəti olduğunu yazan keçmiş baş nazir 68 il evli qaldığı arvadına 40 il başqa xəyanət etdiyini açıqlayıb.

 

Kitabda siyasətçi gizli münasibətinin 60-cı illərin sonu 70-ci illərin əvvəlində başladığını qeyd edib. Baş nazir olduqdan sonra gizli münasibətini bitirdiyi düşünülən Helmutun münasibətini bitirmədiyi və hətta iki il əvvəl sevgilisi ilə yaxın dostunun yas mərasiminə qatıldığı bəlli olub.