"Nabucco" qayıdır?
ANS PRESS-in məlumatına görə, bu haqda razılıq Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı əldə edilib. Bolqarıstanın baş naziri Boyko Borisov keçirdiyi mətbuat konfransında bildirib ki, burada "Nabucco"nun məhz Bolqarıstan ərazisindən keçən hissəsi nəzərdə tutulur.
Baş nazirin sözlərinə görə, o və İlham Əliyev layihəni Avropa komissiyasına təqdim etmək üçün birlikdə Brüsselə getmək niyyətindədirlər. "Bolqarıstan yalnız maneə ola bilməz, Bolqarıstan təkcə Avropa komissiyasının mənafelərini müdafiə edə bilməz. "Nabucco" layihəsi bütövlükdə həm NATO, həm də Avropa layihəsidir və biz illər ərzində bu layihəyə az əmək sərf etməmişik", - deyə Boyko Borisov bəyan edib.
Xatırladaq ki, uzunluğu 3,3 min kilometr və gücü ildə 31 milyard kub metr qaz olan "Nabucco"nun tikintisinə 2011-ci ildə başlanılacaqdı. Layihə Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyaya qaz verilməsini nəzərdə tuturdu. "Nabucco"nun tikintisi üzrə konsorsiuma Türkiyənin BOTAŞ, Bolqarıstanın “Bulgarian Energy Holding”, Macarıstanın “MOL Plc”, Avstriyanın "OMV Gas&Power GmbH", Almaniyanın “RWE” və Rumıniyanın “Transgaz” şirkətləri daxil idi. 2012-ci ildə isə layihənin yeni variantı - "Nabucco West" təqdim edildi. Bu, əvvəlkindən 3 dəfə daha kiçik - 1,3 min kilometr uzunluqda olacaqdı. Qaz kəməri Azərbaycanın Şahdəniz-2 yatağından Avropa ölkələrinə qədər uzanacaqdı və Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazilərindən keçəcəkdi. Lakin 2013-cü ilin iyun ayında layihə ləğv edildiyi elan edildi. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47