Bakı, 5 mart, AZƏRTAC, Raisə Abbasova
Bakıda test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, martın 5-də şəxsi yarışlara start verilib. Çempionatda 22 ölkədən 133 gimnast iştirak edir.
Açıq çempionatın birinci günündə gimnastikanın çoxnövcülük üzrə yarışlar keçirilib.
Çempionat martın 6-dək davam edəcək.