Litva müdafiə naziri hərbi xidmətə çğırışı bərpa etmək barədə plan hazırlayıb.

ANS PRESS-in məlumatına görə, hökumət hərbi xidmətə çağırışı bərpa etmək planını bəyənib.

Plan müdafiə naziri tərəfindən hazırlanıb və həqiqi hərbi xidmətin 5 illiyinə bərpası nəzərdə tutulur.

Lakin yekun qərarı hər bir halda parlament verməlidir.

Qeyd edək ki, 2009-cu ildə hərbi çağırışı ləğv edən Litvada indi Rusiyanın öz qonşuları ilə aqressiv davranışına görə narahatlıqları var.
Mənbə
ANS PRESS