YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirilib
Bakı, 4 fevral, AZƏRTAC
Martın 4-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.
YAP Xətai rayon təşkilatının qərargahında davam edən tədbiri dövlət himninin səsləndirilməsindən sonra açan rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən bəhs edib. Bildirib ki, hazırda partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir. Bu fakt gənclərin Heydər Əliyev ideyalarına sədaqətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamının göstəricisidir. Gənclər partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov partiyanın günbəgün artan nüfuzundan danışıb. Bildirib ki, yarandığı gündən partiya seçdiyi yola sadiq olub, dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib. Dahi şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi partiyanın dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir, yeni-yeni vəzifələr qarşıya qoyur. Bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallığa çevrilməsi üçün Yeni Azərbaycan Partiyasının hər üzvü üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışır, birlik, həmrəylik fonunda bu istəyə nail olacağımıza əminliklərini ifadə edirlər.
R.Məmmədov ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurlardan bəhs edib. Bildirib ki, son 11 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan daha da qüdrətli, zəngin dövlətə çevrilib. Paytaxt və bölgələrdə quruculuq, abadlıq işləri geniş vüsət alıb. Ölkə əhalisi inkişafı, tərəqqini böyük ruh yüksəkliyi ilə qarşılayır.
Qeyd edilib ki, dövlətin siyasətinin əsas istiqamətlərdən biri də gənclərə diqqət və qayğıdır. Bu siyasətin də təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün YAP-ın 650 mindən artıq üzvünün 40 faizini gənclərin təşkil etməsini şərtləndirən amillər sırasında diqqət və qayğının günbəgün artması xüsusi rol oynayır.
Diqqətə çatdırılıb ki, hazırda sıralarında 17 mindən artıq üzvü birləşdirən YAP Xətai rayon təşkilatının üzvlərinin 4 minə yaxını gənclərdir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında dahi şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət dövlətə, xalqa xidmət deməkdir” tezisini xüsusi olaraq vurğulayıb. Bildirib ki, bu gün partiyanın hər bir üzvü belə qüdrətə, nüfuza malik olan siyasi təşkilatda təmsil olunmaqdan qürur duyur. Partiyanın sıralarının günbəgün kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi də sabaha olan inamdan irəli gəlir.
V.Rəhimzadə çıxışında diqqəti bir daha dövlətimizin gənclərə diqqət və qayğısına yönəldib. Bildirib ki, Gənclər Gününün təsis edilməsi onlara diqqət və qayğının hansı səviyyədə olduğuna aydınlıq gətirir. Gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətində əsas yer tutduğundan əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar atılır.
YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Əliyev ötən dövr ərzində təşkilatın gördüyü işlər barədə məlumat verib. O, YAP-ın ölkəmizdə keçirilən seçki proseslərindəki uğurlarından, partiya sıralarında birləşən gənclərin ictimai-siyasi fəallığının artırılmasından danışıb.
Çıxış edənlər gənclər onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, etimadı doğrultmaq üçün daha da səylə çalışmağın vacibliyini bildiriblər. Məruzəçilər YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin ötən dövr ərzində gördüyü işləri qənaətbəxş hesab ediblər.
Sonra gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Sərxan Əliyev YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri, Aliyə Ağrılıyeva, Kənan Rzayev, Nuranə Şıxəliyeva və Yalçın Əliyev sədr müavinləri seçiliblər. 33 nəfərdən ibarət Şuranın, 17 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqlənib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV konfransına 8 nəfər nümayəndə seçilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47