O, dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu, milyonlarla pərəstişkarı olan sənətçi, ən nəhayət, multimilyonçudur. Fəqət, o, məşhurluğuna və varidatına rəğmən, ən kiçik gəlir imkanlarını əldən vermir.
Sadəcə, ABŞ-da 5 lüks villası olan bu şəxs ötən ilin əvvəlində satın aldığı 6-cı villasını kirayəyə verməyə başlayıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 40 yaşlı Leonardo Di Kaprio ABŞ-ın Kaliforniya ştatındakı Palm-Sprinqs şəhərində yerləşən lüks villasını kirayəyə verir.
653 kv.metr sahəsi olan "423 Hermosa" adlı bu villanı Leonardo Di Kaprio 2014-cü ilin fevral ayında 5,32 milyon dollara satın almışdı.
İndisə həmin villa 1 sutkası 4500 dollardan kirayəyə verilir.
Leonardo Di Kaprionun menecerlərinin dediklərinə görə, villada kirayə qalmaq istəyən şəxs ən azı 2 sutkalıq müqavilə imzalamalıdır.
Milli.Az










