Bakı 2015-in biletləri satışda
ANS PRESS-in Bakı 2015 Avropa Oyunlarının rəsmi saytına istinadla verdiyi məlumata görə, onlayn bilet satışı üçün qeydiyyat 4 Mart 2015-ci il tarixindən etibarən başlayıb.
Bildirilir ki, bütün qeydiyyatdan keçmiş tamaşaçılar yarış sessiyaları barədə yenilənmiş məlumatı, yarış cədvəlində olan hər hansı dəyişikliklər və tamaşaçılar üçün başqa faydalı məsləhətləri alacaqlar.
20 Mart 2015-ci ildən etibarən, bütün qeydiyyatdan keçmiş tamaşaçılar bilet alışını yalnız eyni hesab vasitəsilə həyata keçirə bilərlər.
Qeydiyyat üçün tələb olunanlar bunlardır:
Azərbaycan tamaşaçıları: 16 yaşdan yuxarı olan şəxslər, etibarlı ŞV, əlaqə vasitələri
Beynəlxalq (əcnəbi) tamaşaçılar: 16 yaşdan yuxarı olan şəxslər, etibarlı səyahət sənədləri (pasport), əlaqə vasitələri.
- Səfər sənədlərinə aid təfsilatlar nə üçün lazımdır?
- Bakı 2015 Avropa Oyunları üçün sadələşdirilmiş viza proseduru bütün əcnəbi tamaşaçılar üçün tətbiq olunacaq. 2 İyun 2015-ci ildən etibarən, əcnəbi tamaşaçılar Azərbaycan beynəlxalq hava limanlarına daxil olduqları zaman səfərə aid sənədlərini və bilet alışının təsdiqi formasını göstərməklə 30 günlük birdəfəlik viza ilə təmin olunacaqlar.
Səfər edən qrupdakı bütün bilet sahiblərinə aid olan məlumat bu sənəddə qeyd olunmalıdır.
Qeyd edək ki, onlayn alınan bütün biletlər tədbirdən öncə bilet alışının təsdiqi formasını təqdim etməklə alınmalıdır. Rahatlığınız və növbədə durmamağınız üçün biletlərinizi tədbirdən öncə almanızı təkidlə tövsiyə edirik.
Biletlərinizi 3 Aprel 2015-ci ildən etibarən Rəsmi Şəhər Bilet Satışı Məntəqələrindən, 12 İyunda isə Yarış Obyektinin Bilet Satışı Kassalarından əldə edə bilərsiniz. Bilet almaq üçün bilet satışı məntəqələrinin siyahısı tezliklə Bilet Satışı veb səhifəsində dərc ediləcək.
İctimaiyyətə Bakı 2015 Avropa Oyunları ilə bağlı 280-dən çox yarış sessiyası üçün təxminən 600,000 bilet satışı nəzərdə tutulur. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47