[ 04 Mart 2015 15:28 ]


Bakı – APA. Sofiyada Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Bolqarıstan arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edilib.


Söhbət əsnasında Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.