Oğuz rayonunda bədbəxt hadisə baş verib. ANS PRES-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 2-də Oğuz rayonunun Abrıx kəndində baş verib.

Kəndin meşə zolağında kənd sakini Qaya Xurşudovun kəsdiyi ağac üstünə düşüb.

Nəticədə Q.Xurşudov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla əlaqədar araşdırma aparılır.
Mənbə
ANS PRESS