İslam döyüşçüləri Liviyadakı Bahi və Morbuk neft yataqlarını ələ keçiriblər. Onlar yatağı silahı qurtarmış hökumət qüvvələrinin əlindən alıblar.

Ölkədəki fərqli hökumətlərə tabe olan döyüşçülər bir-birlərinin mövqelərinə aviazərbələr də endiriblər. Bombalardan biri Tripoli şəhərinin hava limanına düşüb.

Xatırladaq ki, 2011-ci ildə Müəmmar Qəzzafi hökumətinin devrilməsindən sonra ölkədə vətəndaş müharibəsi davam edir. BMT hər iki tərəfi danışıqlar masasına dəvət edir.

Milli.Az