YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Xırdalan, 4 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli quruculuq-abadlıq işlərindən, daxili və xarici siyasət sahəsində qazanılmış uğurlardan, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün həyata keçirilən ardıcıl və sistemli tədbirlərdən danışıb. Qeyd olunub ki, YAP Abşeron rayon təşkilatı üzvlərinin 50 faizdən çoxunu gənclər təşkil edir.
YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov ötən konfransdan keçən müddət ərzində təşkilatın gördüyü işlər barədə məlumat verib.
Daha sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizin ən güclü siyasi təşkilatı kimi həmişə ölkəmizdəki ictimai-siyasi proseslərin mərkəzində olub. “Ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gənclərə olan diqqət və qayğısı hər birimizin ürəyincədir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirir, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır”, - deyə V.Rəhimzadə qeyd edib.
Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının İdarə heyətinin üzvü, Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Gülməmmədova YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, Birliyin üzvləri rayonunun ictimai-siyasi həyatında fəal iştirak edirlər. İ.Gülməmmədova rayonda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da ətraflı məlumat verərək, gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin şura üzvləri, həmçinin İdarə heyətinin üzvləri və Birliyin sədri seçilib.
Sonda YAP Gənclər Birliyinin respublika konfransına gedəcək nümayəndələr müəyyənləşdirilib.
Tədbirdə bir qrup partiya üzvünə vəsiqələr təqdim olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47