“Çelsi”nin aparıcı futbolçularından olan Con Obi Mikel dizindən əməliyyat olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuata açıqlama verən komandanın baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçinin bir ay meydana çıxa bilməyəcəyini deyib.

Qeyd edək ki, nigeriyalı futbolçu dizindəki zədə səbəbindən Premyer Liqanın son dörd oyununu buraxıb.

Milli.Az