Bakı, 4 mart, AZƏRTAC 
Martın 4-dən 6-dək Almaniyanın Oberammerqau şəhərində NATO məktəbində keçiriləcək tədbirlərin planlaşdırıcıları üçün konfrans nəzərdə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.