2015-ci il  Nobel sülh mükafatına 278 nəfərin namizədliyi irəli sürülüb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nobel mükafatı komitəsinin saytında dərc edilmiş məlumatda bildirilir.

 

Namizədlərdən 49-u təşkilat, 227-si isə ayrı-ayrı şəxslərdir.  

 

Komitədən bildirilib ki, Nobel sülh mükafatı tarixində bu  qeydə alınmış ikinci ən böyük siyahıdır. Sülh mükafatına rekord sayda - 278 nəfərin namizədliyi 2014-cü ildə irəli sürülmüşdü.

 

Xatırladaq ki, ötən il  Nobel sülh mükafatına pakistanlı hüquq müdafiəçisi  Malala Yusufzay və hindistanlı uşaq hüquq müdafiəçisi  Kaylaş  Satyarthi layiq görülüb.