Netanyahudan Obamaya böyük hörmətsizlik (VİDEO)
ANS TV-nin məlumatına görə, İsveçrənin Cenevrə şəhərində Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında danışıqlar davam edir. Görüş zamanı yaranan fasilədə iranlı nazir jurnalistlərə verdiyi açıqlamada tərəflərin danışıqların gedişatında irəliləyişə ümid etdiyini deyib.
“Biz davam edirik və irəliləyişlərə ümid edirik. Amma bəzi məsələlər üzrə suallar qalmaqdadır. Biz tam ciddiyyətlə onları həll etməyə çalışırıq. Əvvəl də demişik ki, danışıqların irəliləməsi üçün yeganə yol siyasi iradə nümayiş etdirməkdir”, – deyə Məhəmməd Cavad Zərif bildirib.
ABŞ-ın Dövlət katibi Con Kerri isə jurnalistlərə hər hansı bir açıqlama verməyib. O, sadəcə danışıqların davam etdiyini söyləyib.
Danışıqlar çərçivəsində Amerika Birləşmiş Ştatlarında səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Ev rəsmilərilə görüşməsə də, yəhudi icması qarşısında çıxışı zamanı İranı terrorçu ölkə adlandırıb.
ABŞ prezidenti Barak Obama isə hesab edir ki, İran 10 il müddətinə özünün nüvə proqramını dondurmalıdır. Onun sözlərinə görə, məhz bu halda İranın nüvə proqramına dair yekun razılaşma əldə oluna bilər. Obama İsrailin Baş naziri Benyamin Netanyahu ilə arasında olan fikir ayrılığından da danışıb:
“Netanyahu hesab edir ki, İranın nüvə fəaliyyətini dayandırmağın ən yaxşı yolu ya daha çox sanksiyalar tətbiq etməkdir, ya da hərbi müdaxilədir. Bununla da, İranın uranı zənginləşdirmə fəaliyyətinin qarşısını alamq istəyirlər”.
Danışıqlar çərçivəsində keçirilən iclasın sonunda, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano, İran rəsmilərini ölkənin nüvə fəaliyyətinə dair daha şəffaf olmağa çağırıb.
Ağ evdən xəbərsiz Konqresdə olan bu qalmaqallı danışıq onsuz da tarıma çəkilən Obama-Netanyahu münasibətlərini daha da dərinləşdirdi. Netanyahu isə mən Obamanı saymazdan gəlmirəm açıqlamasını edib. Obama onunla görüşməməsini İsraildə seçkilərə çox az vaxt qalması ilə əlaqələndirib. Siyasilər isə bunun arxasında elə siyasi niyyətin olduğunu deyirlər. Çünki Netanyahu Amerikanın İrana qarşı münasibətini daha sərt görmək istəyir. Elə çıxışının əsas hissəsini də İranı tənqid etmək tutmuşdu. Hətta İranı “İŞİD”İ dəstəkləməkdə də ittiham edib. Hər halda İranın mövqeyi özünü çox gözlətməz.
Mənbə
ANS TV: Çinarə Vaqif
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50